Xəbər lenti



QS Reytinq agentliyi 2022-ci il üçün “QS Dünya Universitetlərinin Reytinq” sıralamasını açıqlayıb.

 

Builki reytinq sıralamasında 93 ölkədən 6415 ən yaxşı universitet iştirak edib. Onlar arasında 1300 universitet yüksək nəticə əldə edərək, “QS Dünya Universitetlərinın Reytinq” sıralamasına daxil olub. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq, bu il “QS Dünya Universitetləri Reytinqi”nə daxil olaraq, 1001-1200-ci yerlərdə qərarlaşıb.

Dünya universitetlərinin reytinqi 5 indiqator əsasında müəyyən edilir. Bu indiqator arasında ək yüksək çəki “Akademik Reputasiya” indiqatoruna aiddir. Həmin indiqator üzrə UNEC dünyanın ən yaxşı 501+ universiteti sırasında qərarlaşıb.

UNEC-in əldə etdiyi yüksək nailiyyətlərdən biri də “İşəgötürənlər reputasiyası” indiqatorları üzrə dünyanın ən yaxşı 501+ universiteti sırasına daxil olmasıdır. İşəgötürənlər arasında aparılan sorğu anketində 450 000-dən çox iş adamı və menecerlər iştirak edib.

QS dünya reytinqində ən yüksək çəkiyə malik olan indiqatorlardan biri də “İstinadların sayı” hesab olunur. Bu inqidator 20% çəkiyə malikdir və son beş ildə SCOPUS indeksli məqalələrə verilən istinadların sayı əsasında hesablanır. Bu indiqator üzrə UNEC 601+ ən yaxşı nəticəni əldə edən universitetlər arasındadır.

2017-ci illə müqayisədə 2020-ci ildə UNEC-in professor-müəllim heyətinin SCOPUS bazasında olan məqalələrinə verilən istinadların sayı təxminən 286% artıb. UNEC müəllimlərinin məqalələrinin 59.3% yüksək təsir faktoru olan Q3 və Q4 kvartil jurnallarında çap edilib. Həmçinin, UNEC professor-müəllim heyətinin elmi əsərlərinin təxminən 1/3 hissəsi beynəlxalq partnyorlarla birgə tədqiqatın nəticəsi olaraq çap edilib. Bu da UNEC-də elmi tədqiqatlar sahəsində beynəlmiləşməninin bariz nümünəsi hesab edilə bilər.

Ümümilikdə, UNEC 2015-2021-ci illər ərzində QS reytinq təşkilatının sıralamarında mövqeyini yaxşılaşdıran yeganə Azərbaycan universitetidir. 2020-ci illə müqayisədə UNEC 2022-ci ildə daha yaxşı nəticə əldə edərək təxminən 17% irəliləyişə nail olub.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov