Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanması xəbərinə rəsmi şəkildə reaksiya verilib.
Bizimaz.az bildirir ki, Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, məsələ artıq nəzarətə götürülüb. Araşdırmalardan sonra qanun çərçivəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək.
***10:35
Azərbaycanda daha bir şok hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.
O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:
“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.
O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:
“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.