Belə bir məscid Azərbaycan memarlığına uyğun deyil.
Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli erməni jurnalist Bella Lalayanın Xocalı aeraportu yaxınlığında məscidin açılışının olması və burada qurban kəsilməsi barədə sosial şəbəkələrdə paylaşdığı məlumatı şərh edərkən deyib.
Məscidin yayılan və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fotosundan danışan Hacı Şahin bildirib ki, məscid adı ilə yayılan görüntünün Azərbaycan arxitekturasına qəti aidiyyəti yoxdur:
“Bu, xristian abidələrini xatırladan bir tikilidir. Azərbaycanda belə dizaynda məscid yoxdur”.
Hacı Şahin sonda vurğulayıb ki, Xocalıda məscidi Azərbaycan özü vaxtı çatanda inşa edəcək.
Qeyd edək ki, Xocalı aeroportu yaxınlığında inşa edildiyi iddia olunan “məscid” haqda məlumat və foto bir müddət öncə yayılsa da, saytımızın sorğusuna cavablarında rəsmi qurumlar bu haqda heç bir səhih məlumata malik olmadıqlarını bildiriblər.