Türkiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” iyunun 20-dən Antalya-Bakı reysləri üzrə uçuşlara başlayır.
Bizimaz.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə “Turkish Airlines” aviaşirkətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, reyslər həftədə iki dəfə yerinə yetiriləcək - çərşənbə axşamı və bazar günləri.
Hələ martin 31-də bilet almış “AnadoluJet”in sərnişinləri biletləri cəriməsiz dəyişə biləcəklər.