Xəbər lenti

 
 

Bu il pandemiya səbəbindən xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayında xeyli azalma var və bu səbəbdən də insanlar istirahət üçün regionlara üz tuturlar. Bu isə rayonlarda istirahət üçün nəzərdə tutulan kirayə evlərin qiymətində artıma səbəb olur.

 

Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov bildirib ki, hələ ki pandemiya səbəbindən dünyada məhdudiyyətlər davam edir və Azərbaycan da istisna deyil:

“Hələ də bəzi ölkələr sərhədləri tam bağlı saxlayıb, bəzi ölkələrdə yumşalmalar var, amma ümumi turist axınında məhdudiyyətlər davam edir. 2019-cu ildə Azərbaycan əhalisinin yarıdan çoxu, yəni təqribən 5 milyon nəfərdən çox vətəndaş xaricə səfər etmişdi. Məlumdur ki, hazırda sərhədlər bağlıdır və ya məhdudiyyətlər qoyulub. Bu baxımdan gözlənilən odur ki, insanlarımız istirahət üçün daha çox regionlara səfər edəcək.

Baxmayaraq ki, müəyyən Azərbaycan vətəndaşları yenə də xaricə üz tuturlar, amma burada kəskin azalma olacaq, yəni əvvəlki illərdə olduğu kimi beş milyondan çox insan xaricə səfər etməyəcək. İnsanların böyük əksəriyyəti bu yay öz istirahətini regionlarda keçirəcəklər. Bu da o deməkdir ki, regionlarda istirahətə tələb xeyli artacaq. Tələb artanda isə iqtisadi qanunlara uyğun olaraq qiymətlərdə də artım müşahidə olunacaq.

Bununla yanaşı regionlarda turistlərə təklif edilən evlərin sayı da artır. Çünki qiymətlərin artması regionda insanları təşviq edir ki, qısa zamanda öz evlərini müəyyən standartlara salaraq yerli turistlərə təklif etsinlər. Hazırda həftə sonları doluluqla keçir. Rayonlar arası ictimai nəqliyyatın bərpası da müəyyən qədər rayonlara gedənlərin sayında artıma səbəb olub. Gözlənilən odur ki, məktəblərdə dərslərin başa çatmasından, yəni iyun ayının ortasından sonra da regionlara gedənlərin sayında artım daha çox hiss olunacaq. Qiymətlərdə bazara uyğun formalaşır və ehtimal edilir ki, qiymətlər xüsusilə həftə sonu artacaq”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov