Xəbər lenti


Videosu ilə gündəm olan şəxs qazi deyil
 

Bir müddətdir ki, sosial şəbəkələrdə Qarabağ qazisi adından istifadə edərək kampaniya aparanların sayı çoxalıb. Onlar saxta adla dövlətdən xüsusi imtiyazlar tələb edirlər. Belə hallara birinci Qarabağ müharibəsindən sonra da tez-tez rast gəlinirdi. Bəziləri müharibədə iştirak etdiyini bildirərək saxta veteran vəsiqəsi də əldə etmişdi. Müəyyən araşdırmalardan sonra isə həmin şəxslərin müharibədə iştirak etmədiyi məlum olurdu.  

 

90-cı illərin əvvəllərində müşahidə edilən vəziyyət  bu gün bəzilərinin əlində yenidən fürsətə çevrilib. Belə ki bu addan yararlanmaq istəyənlər sosial şəbəkələrin gündəmini zəbt ediblər. 

“Qafqazinfo” xəbər verir ki, bu cür materiallar isə dəqiqləşdirilməmiş şəkildə mətbuatda yayıldıqda digərləri üçün də əlavə stimul yaranır. Onlar da qazi olduqlarını iddia edərək dövlətdən müxtəlif güzəştlər tələb edirlər.

Belə hallardan biri də bu günlərdə baş verib. Belə ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Elnur Əfəndiyevin yerli mediada ailəsiylə birgə videoreportajı yayımlanıb. Bildirək ki, adıçəkilən şəxs bir müddət əvvəl Xoşqədəm Hidayətqızının da verilişində olub. Həmin verilişdə, eyni zamanda sonuncu videoreportajında da özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edib. O, Ağdam uğrunda gedən döyüşlərdə yaralandığını iddia edir. Bu zaman müxtəlif qəlpə yaraları alıb, sonradan isə zəhərlənmələr nəticəsində ayağında və əllərində yaranan qanqrenadan bu vəziyyətə düşdüyünü bildirir. 

Videoreportaj sosial şəbəkələrdə yayımlandıqdan sonra E. Əfəndiyevi tanıyanlar onun I Qarabağ müharibəsi qazisi olmadığını bildirib və qeyd ediblər ki, sözügedən şəxs ayaqlarını və əllərini müharibədə itirməyib. 

Elə onun haqqında material hazırlayarkən təkcə quqlda kiçicik araşdırma aparmaqla həmin şəxsin qazi olub-olmadığı haqda informasiya əldə etmək mümkündür. Hələ bir neçə müddət əvvəl təqaüdünün az olmasından gileylənən Elnur Əfəndiyev barəsində mərhum, baş qazi Etimad Əsədovun araşdırması yayımlanmışdı.

E. Əsədov bildirmişdi ki, özünü Qarabağ əlili kimi təqdim edən E.Əfəndiyev əslində dələduzdur:

"O, Qarabağ əlili deyil. Elnur keçmiş məhkumdur. Həbsxanada olanda borcu olub. Ödəyə bilmədiyinə görə də damarına iynə vurub. Bunun nəticəsində o, iflic olub, həkimlər isə onun əl və ayağını kəsmək məcburiyyətində qalıb. Həmin şəxs kifayət qədər imkanlıdır. Elnuru tanıyırıq. Əyninə hərbi forma geyinir və əlil arabasında oturub dilənir, özü də çox imkanlı bir dilənçidir. Altında 100 min manatlıq cipi, 200 min manat dəyərində obyektləri var. Elnurun adamları var, onu reklam edib pul yığdırırlar. Onun kimi insanlara kömək etmək olmaz. O, dələduzdur, şəhidlərimizin, Qarabağ əlillərinin adına ləkədir"-deyə Baş qazi açıqlama vermişdi.

I Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu da “Qafqazinfo” ya açıqlamasında Etimad Əsədovun vaxtilə E. Əfəndiyev barəsində araşdırma apardığını təsdiqləyib. O qeyd edib ki, vaxtilə həbsxanada olarkən sözügedən şəxsin qumar borcu yaranıb:

“Buna görə də onun ciddi problemləri olacaqmış. Onu başa salıblar ki, damarına iynə vursun. O da  belə bir üsula əl atıb.  Bundan sonra  onun səhhətində bu cür fəsadlar yaranıb. Əlini və qolunu itirib. Düzdür, əlildir, onun da yaşamaq haqqı var. Ancaq  müharibə qazisi adından istifadə etmək düzgün deyil. Bildirir ki, Şirin Mirzəyevin batalyonunda döyüşüb. Bizim batalyonda elə adam olmayıb, yalan danışır. Əvvəllər Neftçilər metrosunun qabağında dayanırdı, dilənçilik edirdi. Ağsu-Şamaxı yolunda onun bir kafesi də var. 

Əslində əvvəllər o özünü Qarabağ qazisi kimi təqdim etmirdi. Onu mətbuat işçiləri gündəmə gətirdi, bundan sonra özünü qazi kimi təqdim etməyə başladı. Ola bilsin ki, 1994-1995-ci illərdə xidmətdə olub. Hərbi formada olan şəklini paylaşır.  Ancaq bu o demək deyil ki, o, müharibədə iştirak edib. Yəni o zaman mərhum  Etimad Əsədov bunu tam araşdırıb. Türmədə olan şahidlər proses barədə məlumat verib”.

 R. Kərimoğlu qazilər barədə məlumat hazırlayarkən mətbuatı ehtiyatlı olmağa çağırır:

“Belə şoular düzəldəndə həmin şəxslər barəsində Qazilər, Veteranlar, Qarabağ əlilləri, şəhid ailələri ilə bağlı yaradılmış birliklərə müraciət etmək lazımdır. Görürsünüz, belə bir süjet hazırlayıblar, amma hamı yazır ki, o, saxta qazidir. E. Əfəndiyevin sənədlərinin hamısı sonradan düzəlmədir. Müdafiə Nazirliyindən, digər qurumlardan həmin sənədlər necə alınıbsa, daha bunu özləri bilərlər”.

Xatırladaq ki, Vətən müharibəsindən sonra mətbuatda Rəna Kazımova adlı xanım iki oğlunun müharibədə itkin düşdüyünü bildirərək sosial şəbəkələrin gündəminə çevrilmişdi. Elə “Qafqazinfo”nun araşdırmasından sonra məlum olmuşdu ki, R. Kazımovanın ümumiyyətlə övladı yoxdur. Onun psixoloji problemləri olub, media da məsələni araşdırmadan gündəmə gətirib. 

 Günel Türksoy

 

 

 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov