Şuşa şəhərində Molla Pənah Vaqif türbəsinin bərpası davam edir.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bərpa-tikinti işlərinin iyunda başa çatdırılması planlaşdırılır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə ekspert qrupu tərəfindən türbənin bərpa layihəsi işlənilib. Abidə daşlarının eyniliyi və layihənin ilkin dizaynı qorunmaqla, müasir texnologiyalar tətbiq olunaraq yenidən qurulur.
Molla Pənah Vaqif türbəsinin açılışı 1982-ci ildə olub. Kompleks Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üzərində inşa edilib.
Ermənistan 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra düşmən tərəfindən kompleksin daşları sökülərək tamamilə dağıdılıb.