Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda açıq havada maska taxmaq məcburiyyəti ləğv edilib.
Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun fotoqrafı Pərvin Zeynal 7 aydan sonra Bakı küçələrində maskasız gəzə bilən insanları lentə alıb.
İndi üzlərindəki ifadə daha aydın görünən vətəndaşların bu qərarı uzun müddətdir gözlədiyi açıq hiss olunur. Lakin şəhərdə qərarın icrasından xəbərsiz olan şəxslərə də rast gəlinir. Belə ki, maska məcburiyyəti ləğv olunsa da, bir çox vətəndaş hələ də ondan istifadə edir.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ötən ilin noyabrın 21-dən Azərbaycanda açıq və qapalı məkanlarda tibbi maskalardan istifadə məcburi idi. Bu gündən açıq havadakı məcburiyyət aradan qaldırılsa da, qapalı məkanlarda maska taxmaq qərarı qüvvədədir.