Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, metronun bütün 26 stansiyası səhər saat 06:00-dan etibarən sərnişinlərin istifadəsinə verilib.
Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərara əsasən, metropoliten yenidən fəaliyyətə başlayır. Lakin, sərnişinlər maskasız stansiyalara daxil olması qadağandır.
“Bakı Metropoliteni” QSC sərnişinlərdən karantin qaydalarına düzgün riayət etməyi, sosial məsafəni qorumağı tələb edir.
Stansiya daxilində platformalarda, eləcə də vaqonların içərisində xüsusi maarifləndirici elanlar vurulub.
Belə ki, Bakı metrosunun bütün qatarları dezinfeksiya edildikdən sonra xəttə buraxılır.
Bununla bərabər metrostansiya daxilində fəaliyyət göstərən apteklər tibbi maska ilə tam təmin edilib.
Qeyd edək ki, Bakı metrosu 226 gün müddətində sərnişinlərə xidmət göstərməyib.