2021-ci ilin aprelində Azərbaycandan Türkiyəyə 18 570 turist səfər edib ki, bu da 2020-ci ilin apreli ilə müqayisədə 97,76 faiz çoxdur.

 

Bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,35 faiz təşkil edib.

Yanvar-aprel aylarında 72 790 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,16 faiz azdır.

 

2021-ci ilin yanvar-aprel aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,65 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-aprel aylarında Türkiyəyə 2,743 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,64 faiz azdır.