Səhiyyə Nazirliyi poliklinikalardakı sıxlığa aydınlıq gətirib.

 

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Operativ Qərargahın sonuncu brifinqindən sonra peyvəndlə bağlı məntəqələrə gələn vətəndaşların sayı dəfələrlə artıb. Qeyd olunub ki, problemlərdən biri də məntəqələrə müraciət edənlərin 90 faizinin qeydiyyatdan keçməməsidir:

"Onların qeydiyyata alınması müəyyən vaxt alır, bu, onlayn qeydiyyatdan keçən vətəndaşların narazılığına səbəb olur. Çünki canlı növbədə olanlar onlayn qeydiyyatdan keçən vətəndaşların poliklinikaya daxil olmasına etiraz edirlər. Bilirsiniz ki, poliklinikalarda xüsusi mühafizə xidməti yoxdur, işləyən həkimlərin də əksəriyyəti qadındır.

Bu səbəbdən növbəni tənzimləməkdə problemlər yaranır. Vətəndaşlarımızdan məntəqələrə gələrkən məsafəyə və növbəyə riayət etmələrini xahiş edirik. Sıxlıq yaradılanda həkimlərin də işində problem yaranır".

 
BAKU.WS
VİDEO