31 may tarixindən başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.
Bizimaz.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib.