Belə ki, şuşalı deputatın bu çağırışına ilk qoşulan jurnalist Bəxtiyar Hacıyev nişanlısı Nigar Etibarla Şuşada evlənməyə əhd etdiyini bildirib.
O, 2020-ci il 6 noyabr tarixində, Vətən müharibəsinin davam etdiyi vaxt sosial şəbəkədə paylaşdığı statusunu xatırladıb:
“Nigarla ötən il əhd etmişdik ki, bəs toyumuzu bu il Şuşada edərik. Xeyirlisi...”
Qeyd edək ki, Bəxtiyar Hacıyev hazırda İctimai Televiziyada, Nigar Etibar isə AzTV-də çalışır. Pandemiya səbəbindən cütlüyün toyu təxirə salınmışdı.