Rusiyanın “Ural Hava Yolları” şirkəti ölkənin 7 şəhərindən Bakıya birbaşa uçuşlara başlayır.
Bizimaz.az-n məlumatına görə, “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtına birbaşa uçuşlar 29 maydan Krasnoyarsk, Omsk, Novosibirsk və Nijni Novqoroddan, 31 maydan Perm və Mineralnıye Vodıdan, 4 iyundan etibarən Samaradan həyata keçiriləcək.
Xatırladaq ki, hazırda “Ural Hava Yolları” yalnız Yekaterinburqdan Bakıya hər həftənin cümə axşamı aviareyslər reallaşdırır.