Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva məlumat verib.
O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır:
“Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.
O qeyd edib ki, müzakirələr arasında ictimai nəqliyyatla bağlı bir sıra məsələlərdə var ki, yaxın günlərdə bu barədə də məlumat veriləcək