Xəbər lenti




ADAU-nun yeni internet saytı istifadəyə verilib

 

Ölkəmizdə aqrar təhsilə və aqrar elmə dövlət qayğısı tədbirləri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) maddi-texniki bazası ən müasir tələblərə uyğun yenidən qurulmuş, gənclər arasında aqrar təhsilə maraq artmış, əcnəbi dillərdə təhsil və ikili diplom proqramlarının icrasına başlanılmış, bütövlükdə isə təhsil prosesi və elmi-tədqiqat işləri keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Bütün bunları, eləcə də qlobal çağırışların tələblərini nəzərə alaraq universitetin real vəziyyətini özündə əks etdirən yenidən hazırlanmış internet saytı www.adau.edu.az saytı istifadəyə verilmişdir. Bununla əlaqədar keçirilən tədbirdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək yeni dizaynda hazırlanmış saytın xüsusilə abituriyentlərin seçim mərhələsində rolundan, bütövlükdə universitetin regional, milli və beynəlxalq səviyyədə tanıdılmasına verəcəyi töhfələrdən danışıb.

Təqdimatda bildirilib ki, azərbaycan, rus və ingilis dilləri ilə yanaşı müvafiq proqram vasitəsilə alman, fransız, ispan, italyan, çin, ərəb dillərinə çevrilən sayt universitet həyatının bütün sahələrini, o cümlədən təhsil müəssisəsi haqqında məlumat, tələbə qəbulu, təhsil, elmi-tədqiqat, beynəlxalq əlaqələr, tələbə həyatı, təcrübə və karyera bölmələrini əhatə edir. Saytın universitet haqqında olan bölməsində təhsil müəssisəsinin tarixi, Gəncə şəhəri, ölkə Başçısının təhsil müəssisəsinə səfərləri, rektorun müraciəti, sabıq rektorlar, uğurlu məzunlar, tanıtım materialları, inkişaf strategiyası yarım bölmələri mövcuddur.

Universitetdə təhsil imkanları barədə abituriyentlərə geniş məlumat vermək məqsədilə dövlət sifarişli ixtisaslar, ikili diplom proqramları, təqaüdlər, əcnəbi tələbələrin təhsili kimi bölmələr yer almışdır. Universitetin beynəlxalq əlaqələrinin inkişafının müasir vəziyyətini nəzərə alaraq müvafiq bölmədə mübadilə proqramları, xarici dillərdə ixtisaslar, ikili diplom proqramları, qəbul qaydaları, əcnəbi tələbələrin asudə vaxtına dair məlumatlar əksini tapmış, onlayn müraciət imkanları yaradılmışdır.

Universitetin idarə edilməsində tələbələrin fikir və rəylərini daim diqqət mərkəzində saxlanılması ilə əlaqədar olaraq tələbə həyatı bölməsində tələbə məmnunluq soğrusu, ideya bankı, Aqrar İnkişaf Könüllüləri və digər tələbə təşkilatlarının fəaliyyəti, habelə karyera, tələbələrin asudə vaxtının təşkili məsələləri öz əksini tapmışdır. Həmçinin universitet-sənaye əməkdaşlığı, ADAU-TV, kitabxana, tədris və elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, muzeylər, tələbə evləri, tədris-təcrübə təsərrüfatı, klinikalar, fermerlər üçün aqrar məsləhət xidməti və digər məlumatlar da yer almışdır.

Diqqəti cəlb edən məqamlardan biri də ayrı-ayrılıqda hər bir fakültənin internet saytının, kafedralar haqqında məlumatların, habelə professor-müəllim heyətinin müvafiq dillərdə tərcümeyi-hallarının mövcudluğudur ki, bu da fakültə və kafedralar səviyyəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.


21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov