Heydər Əliyev Fondu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun müalicəsini öz üzərinə götürüb.
Bizimaz.az xəbər verir ki, bu barədə “oxu.az”a M.Mirəlioğlu özü məlumat verib.
“Allah bütün xeyirxah insanlardan razı olsun. Bizdən analizlər götürüldü və laboratoriyaya göndərildi. Allah bütün xəstələrə şəfa versin, Allah həkimlərdən razı olsun”, - deyə M.Mirəlioğlu bildirib.
Qeyd edək ki, M.Mirəliloğlu və ailə üzvləri koronavirusa yoluxub. M.Mirəlioğlu hazırda ev şəraitində müalicə alır.