Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.
Bizimaz.az bildirir ki, BAKU.WS-in məlumatına görə, vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanılır.
Yaşı 18-dən yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.
Qeyd edək ki, Rusiya istehsalı olan “Sputnik V” vaksinləri Azərbaycana mayın 2-də gətirilib.