“Vətən müharibəsində yaralanan qazilərdən artıq 420 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov deyib.
Onun sözlərinə görə, hazırda proses davam edir:
“17 nəfər yüksək texnologiyalı protezlə təmin edilib”.
O, əlavə edib ki, növbədə duran və yuxarı ətraf yüksək texnologiyalı protezlərin təmin olunması üçün İslandiya şirkəti dəvət edilib:
“Qazilərin yuxarı ətraf ölçüləri götürülüb. Altı-səkkiz həftə sonra qazilərin təminatı həyata keçiriləcək. Qarabağ qazilərinin protez təminatı ilin sonuna qədər tamamlanacaq”.