Mayın 16-sı Bakı-Xırdalan-Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa edilir.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə yanaşı xəttin kontakt şəbəkəsi Baş Keşlə stansiyasında əsaslı təmir olunub.
Aparılan yenidənqurma işləri sərnişin qatarlarının daha təhlükəsiz hərəkətinə imkan yaradacaq.