“Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq və ibtidai siniflərində 1-5 may tarixləri tətil günləridir. Bu məsələ Nazirlər Kabinetinin qərarında əks olunub”.
Bizimaz.az bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində yazıb.
Onun sözlərinə görə, qeyd edilənlərə əsasən, cari tədris ilində də 1-5 may tarixləri məktəbəhazırlıq və ibtidai siniflər üçün tətil günləri hesab olunur. Həmin günlərdə məktəbəhazırlıq və ibtidai siniflərdə tədris və təlim prosesi (əyani və ya distant) dayandırılır.