Xalq artisti Arif Quliyevin müalicəsi davam etdirilir.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov bildirib.
Onun sözlərinə görə, Xalq artistinin vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor “Yeni klinika”ya yerləşdirilib.
Ötən gün onun xəstəxanadan görüntüləri yayılıb. Bununla bağlı peşə etikasına zidd görüntüləri yayan əməkdaş ciddi cəzalandırılıb.