Bu il birinci sinfə avtomatik olaraq keçirilən uşaqlar ümumilikdə birinci sinfə qəbul olunan uşaqların 70-74 faizini təşkil edib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.
Onun sözlərinə görə, ötən il məktəbə hazırlığa qəbulla bağlı 104 min uşaq qeydiyyatdan keçib. Onlardan təxminən 9 min nəfəri rus bölməsinə qeydiyyatdan keçənlərdir.
“94 min uşaq isə Azərbaycan bölməsindən qeydiyyatdan keçib və onların hamısının avtomatik olaraq birinci sinfə qəbulu təmin olunub. Bu isə faizlə götürdükdə 70-74 faizdir”.
E. Kərimov həmçinin əlavə edib ki, bəzən valideynlər övladının həmin sinifdə deyil, başqa sinifdə təhsil almasını istəyirlər. Bu zaman onlar həmin sorğunu silib başqa sorğu yerləşdirə bilirlər.