Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin evdə və ya yaşadıqları ərazi üzrə poliklinikada yerinə yetirilməsi müzakirə edilib.

 

Bizimaz.az  xəbər verir ki, məsələ barədə Bakı Baş Səhiyyə İdarəsindən "oxu.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib:

“Əksəriyyət artıq peyvənd olunub. Həmin şəxslər və ya yaxın adamı ərazi üzrə poliklinika, yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da təcili tibbi yardıma məlumat verilir.

Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək təcili tibbi yardım briqadası ilə birlikdə qeyd olunan ünvana gedir”.