İcbari tibbi sığorta ilə bağlı layihə artıq “pilot layihə” olmaqdan çıxıb. Aprelin 1-dən bu sistem respublika üzrə faktiki tətbiq olunur.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri parlamentin iclasında çıxışı zamanı deputat Fazil Mustafa səslənirib.
Millət vəkili icbari tibbi sığortanın tətbiqi məsələsində qüsurları tənqid edib:
“Yüzminlərlə vətəndaşın təyinat olaraq harada müalicə olunacağı açıq qalıb. Əgər hazırlıq səviyəsi yetərli deyilsə, bu sistem formal olaraq niyə tətbiq edilir?”
Deputat qeyd edib ki, onların əmək haqqından yanvar ayından etibarən İcbari Tibbi Sığorta üçün vəsait tutulur:
“Lakin bunun tətbiqində çatışmazlıqlar var. Vergi ödəyən vətəndaş pullu müalicə almalı deyil”.