Xəbər lenti


Bu gün media nümayəndələrinin koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib.

 

Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, vaksinasiya prosesi Mətbuat Şurasının binasında həyata keçirilib. Media işçilərinin vaksinasiyasında iştirak edən Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərlə görüşüb. Görüş zamanı həyata keçirilən peyvəndlənmənin əhəmiyyəti vurğulanıb.

Sədr bildirib ki, ölkədə aparılan vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir:

“Hazırda Mətbuat Şurasına vaksin vurulması üçün 200-ə yaxın jurnalistin müraciəti daxil olub”.

Vaksinasiya prosesində Oxu.az, Baku TV, Media.az, Caliber.az, Baku.ws və digər media qurumların əməkdaşları iştirak edib.

İlkin mərhələdə jurnalistlər həkim müayinəsindən keçirilib. Tibb otağında təzyiq ölçüldükdən sonra vaksin vurulmasına hər hansı maneə aşkarlanmadığı təqdirdə media nümayəndələri vaksin otağına göndərilib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış jurnalistlərin vaksinasiyası barədə məlumat verərkən gün ərzində 50 jurnalistin vaksinasiya prosesinə cəlb olunmasının nəzərdə tutulduğunu deyib:

“Hazırda vaksinasiya prosesinin sürətləndirilməsi üçün səyyar briqadalar cəlb olunub. Tibb məntəqələrində sıxlığın aradan qaldırılması məqsədilə bir sıra qurumlarda vaksinasiya prosesinə səyyar briqadalar cəlb edilib. Həmin qurumların əməkdaşları iş yerlərində vaksinasiya olundular. İlk səyyar briqada vaksinasiyanı 1 saylı ASAN xidmət mərkəzində həyata keçirib.

Bu gün isə Mətbuat Şurasının binasında jurnalistlərin vaksinasiyasına başlanıldı. Gün ərzində 50-yə yaxın media işçisinə peyvənd vurulması nəzərdə tutulur. 18 yaşdan yuxarı mətbuat nümayəndələri könüllü şəkildə müraciət edərək vaksinasiya prosesində iştirak edə bilərlər. Səyyar briqadaların vasitəsi ilə vaksinasiya prosesinin təşkil edilməsi ilə bağlı olaraq dövlət orqanlarından müraciətlər daxil olmaqdadır”.

 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov