Xəbər lenti





Prezident İlham Əliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Onların yaşayış mənzilləri ilə , minik avtomobilləri, maddı yardım və işlə təminatı hazırda mərhələ şəklində həyata keçirilir. Sosial problemlərinin həlli hər an diqqət mərkəzindədir. Prezidentin şəhid ailələrinin və Qarabağ əlillərinin maddi rifah halının yaxşılaşdırılması haqqında göstərişi yerlərdə icra başçıları, o cümlədən məmurlar tərəfindən müzakirəsiz yerinə yetirilməlidir. Lakin yerlərdə fəaliyyət göstərən bir çox icra başçıları ölkə rəhbərinin sözlərinə və göstərişlərinə əməl etməməsi, şəhid ailələrinin ərizə və şikayətlərinə laqeyd münasibət bəslənməsi onu göstərir ki, həmin icra başçıları birmənalı şəkildə harınlamışlar. Bu barədə vətəndaşlar tərəfindən Prezident administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktubları da deyilənləri təsdiq edir.

Prezident İlham Əliyevin siyasi kursunu yerinə yetirmək bacarığından kənar dayanan, rayonda və bir sıra yerlərdə öz biznesini quran, dövlət mənafeyini kənarda qoyaraq yalnız öz şəxsi mənafeyini güdən icra başçılarından biri də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. Respublikada Məmməd müəllim “Zəhər Məmməd” kimi də tanınır.

İkinci Qarabağ savaşında oktyabr ayının 10 – da şəhidlki zirvəsinə ucalan, Quliyev Ruslan Şəxsəddin oğlunun atası Quliyev Şəxsəddin Həsən oğlu və şəhidin həyat yoldaşı, 3 uşaq anası Quliyeva İlahə Etibar qızı Tovuz Rayon İcra Hakimiyyətinə gedib-gəlməkdən, necə deyərlər əldən düşüblər. Onu da qeyd edək ki, şəhid atası Şəxsəddin Quliyevin bir qardaşı da 1-ci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb. Bəs şəhid ailəsinin tələbi nədir?

Şəhid Quliyev Ruslanın həyat yoldaşı İlahə Quliyeva Tovuz rayonunun Dondar Quşçu kəndinə gedən magistral yolun sol tərəfində təzə məhəllədə yaşayır. Həmin məhəllədə cəmi 16 ailə məskunlaşıb. Yaşayış evlərinə ən azı 2 km-lik məsafədən nol-faza ilə işıq xətti çəklib. Həmin işıq xətti hec cürə orada yaşayan məhəllə sakinlərini qane etmir. Tez-tez xətdə yaranan qısaqapanmalar və digər pozğunluqlar nəticəsində sakinlərin televizorları, soyuducuları və bir sıra elektrik avadanlıqları yanaraq sıradan çıxır. . Bununla da xeyli maddi ziyana düşürlər. Dövlət təminatında olan şəhid ailəsi və çətin şəraitdə yaşayan dinc sakinlər bəs bu bəladan necə xilas olmalıdır?

Bu bəladan xilas olmağın isə bir çarəsi vardır. Həmin təzə məhəllədə məskunlaşmış 15 ailə üçün yalnız transformatorun quraşdırılması kifayət edir. Məhz buna görə şəhid atası Şəxsəddin Quliyev, gəlini İlahə Quliyeva belə bir həlli vacib olan, eyni zamanda icra başçısı və ya işıq idarəsi üçün cüzi bir iş olan məsələ ilə əlaqədar icra hakimiyyətinə ayaq döyməkdən artıq beziblər. Səlahiyyət sahibləri şəhid ailəsinə hər dəfə də müxtəlif bəhanələr gətirir, boğazdan yuxarı söz verirlər.

Bəli, bu da Prezidentin Tovuzda olan nümayəndəsunin iç üzü.

Əgər Prezidentin tapşırıq və tövsiyyələrini bir icra başçısı yerinə yetirmirsə, bəs həmin icra başçısı kimə və nəyə lazımdır? Nə üçün cəzalandırılmır? Kimdir havadarı?

Tovuz sakinləri öz icra baçısından çox narazıdırlar. İcra başçısı Məmməd Məmmədov Tovuz rayonunda ən yararlı torpaq sahələrini dədəmalı kimi əkdirib becərtdirir. Çoxlarının əkin sahəsi susuzluqdan yansa da, Məmməd Məmmədovun sahəsi su ilə “çimizdirilir”. Əldə etdiyi məhsuldan gələn gəlir şəxsi cibinə axır. O, rayonda yalnız özü üçün çalışır. Son illər abadlıq və quruculuq işlərindən kənarda qalan rayonda başlı başını saxlasındır. Doğurdan da, milyonları yeyən bir icra başçısı üçün şəhid ailəsi yaşayan məhəlləyə transformator quraşdırılması eləmi çətindi? Prezidentə qarşı süni narazılıq yaradan Məmməd Məmmədov kimilərinin bu gün icra başçısı kreslosunda oturmağa mənəvi haqqı çatırmı?

Qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.

İlham Hacalı

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov