BizimAz.az: Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu göstərişin icrasını təmin etmək məqsədi ilə bu gün Sabunçu Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi, 13-cü Polis Şöbəsi və ərazi üzrə mənzil istisimar sahələrinin əməkdaşları ilə birgə
Bakıxanov qəsəbəsində reyd keçirilib.
Tədbir zamanı evyanda paltar qurutmaq üçün asılan ipləri sökülüb, həmin ipləri bərkitmək üçün quraşdırılan dəmir konstruksiyalar kəsilib.
Mənzillərdə olan polis və mənzil istisimar sahələrinin əməkdaşları vətəndaşlarla profilaktik söhbətlər apararaq bu cür halların şəhərdə xoşagəlməz görüntü yatardığı barədə məlumat veriblər. Bu söhbətlərdən sonra bəzi vətəndaşlar eyvanda quraşdırdıqları ipləri özləri aradan qaldırmağa üstünlük veriblər.
Keçirilən tədbir zamanı Sabunçu rayonu
Bakıxanov qəsəbəsində binalarda paltar qurutmaq üçün asılan iplərin əksəri kəsilib və sakinlərə xəbərdarlıq edilib.
Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları aidiyyatı qurumlarla birgə bu cür tədbirləri mütəmadi olaraq davam etdirəcəklər.