Azərbaycanda bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

 Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Ölənlərin sayı isə 7 -dir.

İndiyədək ölkədə ümumilikdə 46 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 072, ötən müddət ərzində isə ümumilikdə 1 250 736 test aparılıb.