"Koronavirus.info" saytı Bakının rayonları üzrə koronavirusa yoluxma statistikasını açıqlayıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, ötən həftə COVİD-19-a ən çox yoluxma faktı Binəqədi rayonunda olub.
Bu rayon üzrə koronavirusa yoluxma 14.5 faiz olub.
Yoluxma faktı Xətaidə 12.5 faiz, Yasamalda 11.7 faiz, Sabunçuda 11.7 faiz, Nəsimidə 8.7 faiz, Nərimanovda 8.1 faiz, Suraxanıda 8.0 faiz, Qaradağda 7.2 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 5.5 faiz, Səbaildə 4.7 faiz olub. Həmşə olduğu kimi bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qydə alınıb. Rayon üzrə cəmi yoluxma faizi 0.3 faiz təşkil edib.