Xəbər lenti

Suqovuşan su anbarının işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq

 

 Suqovuşan kəndinin işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq. Belə ki, Suqovuşandakı su anbarının 28 il işğal altında qalması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasında çətinlik yaratmışdı. Artıq Azərbaycan Ordusunun işğaldan azad etdiyi su anbarından Tərtərçaya su verilib. Tərtərçay indi bol su ilə axır. Bu isə o deməkdir ki, əkin sahələrinin suvarılmasında problem olmayacaq.

 

Modern.az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağının İstismarı İdarəsinin baş mühəndisi Mehman Kərimov  AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, Tərtər rayonunun Suqovuşan kəndi ərazisində Tərtərçay çayı üzərində yerləşən Suqovuşan su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay və Turağayçay çaylarından daxil olan sular su anbarında tənzimlənərək, ümumi suburaxma qabiliyyəti saniyədə 70 kubmetr olan əsas magistral kanala, kanalın 5,2 kilometrdən sonra isə hər birinin suburaxma qabiliyyəti saniyədə 50 və 20 kubmetr olan Sağ Sahil və Sol Sahil magistral kanallarına verilirdi. Suqovuşan su anbarı 28 il ərzində işğal altında olduğundan Tərtər, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının ümumilikdə 96 min 217 hektar torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Azərbaycan Ordusu tərəfindən Suqovuşan kəndi azad edildikdən sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtərçayda, həmçinin kanal və arxlarda bol su var.

 

Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tarazlığın bərpa olunmasına şərait yaranıb. Bu isə ilk növbədə kənd sakinlərinin, fermerlərin sevincinə səbəb olub. Bərdə rayon Zümürxan kənd sakini Əbülfət Əliyev deyib: “Suqovuşan su anbarının işğal altında olması səbəbindən 30 ilə yaxındır ki, suvarmada çətinlik çəkirdik. Belə ki, mənfur ermənilər su anbarının suyunu payızın sonu və qış aylarında buraxır, əkinlərin suvarma suyuna ehtiyacı olduğu yaz-yay aylarında isə qarşısını kəsirlər. Nəticədə əkinlərin suvarılmasında çətinliklər yaranırdı. Bu isə məhsuldarlığa öz təsirini göstərirdi. Hazırda ordumuzun Suqovuşanı işğaldan azad etməsi nəticəsində Tərtərçaya bol su gəlir. Bundan sonra suvarmada çətinliklər çəkməyəcəyik. Bu isə məhsul bolluğuna gətirib çıxaraqcaq".

 

Qeyd edək ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Dinc sakinlər hədəf alınıb, onların evlərinə, əmlaklarına və infrastruktura ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

 

Şanlı Azərbaycan Ordusu Suqovuşan kəndini oktyabrın 3-də düşməndən azad edib.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov