Bu gündən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla 15 saat əyani dərs ala biləcəklər.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Həmçinin Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda bağçalar, məktəbəqədər təhsil müəssisələri də fəaliyyətini bərpa edib.
Ali təhsil müəssisələrində isə yalnız I kurs tələbələri üçün tanışlıq olacaq. Yuxarı kurs tələbələri üçün təqvim ilinin sonuna qədər dərslər distant formada keçiriləcək.
Ali təhsil müəssisələrində hərbi vəziyyətlə bağlı internetdən istifadəyə məhdudiyyət səbəbindən onlayn tədris müvəqqəti dayandırılıb.