Bakı metrosunun iş qrafikinə heç bir dəyişiklik edilməyəcək.
Bizimaz.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, Azərbaycan ərazisində hərbi vəziyyətin elan olunması ilə əlaqədar metronun iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmur. Belə ki, Bakı metrosu saat 06:00-dan 00:00:dək öz fəaliyyətini davam etdirəcək.
istinad