2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlanıb.
Bizimaz.az biıdirir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) Oxu.Az-a verilən məlumata görə, bu il tələbə adı qazanan ən yaşlı şəxsin 49, ən gəncinin isə 15 yaşı var. Ən cavan tələbə Bəxtiyarova Aynur Əfsəl qızıdır.
Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 464 nəfər iştirak edib. Onlardan 42 731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 932 (o cümlədən 5 006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.