Birinci kursların yeni tədris ilinə başlamalarına az qalıb. Bu il abituriyent axınının çox və kəsilmə faizi yüksək olduğundan gələcəyin tələbələri ixtisas seçiminin ikinci turuna daha çox ümüd bəsləyirlər. Bu qədər az vaxt ərzində ikinci tur təşkil edilə bilərmi?
Bizimaz.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a danışan Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, ixtisas seçiminin 2-ci mərhələsi yaxın günlərdə keçiriləcək:
“İxtisas seçiminin birinci mərhələsinin nəticələri elan olunduqdan sonra boş qalan yerlər müsabiqəyə çıxarılacaq”.
DİM sözçüsü bildirib ki, ikinci tur 4 gün ərzində, 26-20 sentyabr tarixində keçiriləcək.