“Ali məktəblərə yerləşdirmənin nəticəsi sentyabrın 23-24-də, ola bilsin ki, ayın 25-də açıqlansın”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.
Sədr qeyd edib ki, nəticələr açıqlandıqdan bir neçə gün sonra boş qalan yerlər üzrə ixtisas seçiminə başlanacaq.