İri ticarət mərkəzlərinin fəaliyyətini bərpa etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı olmalıdır. Hazırda belə qərar yoxdur.
Bizimaz.az bildirir ki, bu sözləri açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin sözçüsü Kəmaləddin Qədim “Binə” və “Sədərək” ticarət mərkəzilərinin 14 sentyabrdan açılacağı və hazırda bu mərkəzlərdə açılışa hazırlıq getdiyi barədə danışarkən deyib.
K.Qədim bildirib ki, heç bir hazırlıq yoxdur, hazırda evdədir və işə çıxmır:
“Bizim işə çıxmağımız üçün mütləq Operativ Qərargahın qərarı olmalıdır”.
“Binə” Ticarət Mərkəzində çalışan şəxslər də işə çıxmadıqlarını, xəbər gözlədiklərini bildiriblər.
Qeyd edək ki, Nyus24.az bu ticarət mərkəzlərindəki bütün mağazaların 14 sentyabr tarixindən etibarən açılacağı haqda məlumat yayıb. İddialara görə, hazırda mağazaların bəziləri fəaliyyətini artıq bərpa edib.
istinad