Bakı Tikiş Evinin nəzdindəki mağazalar Bakı və Sumqayıt şəhərlərində, eləcə də Qaradağ rayonunda fəaliyyət göstərir. Həmin ünvanlardan məktəbli formalarını əldə etmək mümkündür.
Bizimaz.az bildirir ki, bu sözləri Axar.az-a Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov məktəbli formalarının satışının hansı ünvanlarda həyata keçirilməsi ilə bağlı danışarkən deyib.
O bildirib ki, qurumun mağazaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:
“Bakı şəhəri, Bakı Tikiş Evinin (fabrikin) çıxışında (əsas, böyük mağaza)
Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 55
Bakı şəhəri, Xətai rayonu, “Amay” ticarət mərkəzi
Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızıl qum 7A
Şəhər Ticarət Mərkəzi (City Centre)
Qaradağ rayonu, Sahil qəsəbəsi, “Yeni Sahil” ticarət mərkəzi”.
E.Əzimov qeyd edib ki, vətəndaşlar (+994 12) 597 45 39 “qaynar xətt” nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərlər.