Türkiyəyə giriş qaydalarına əsasən Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən etibarən ən az 180 gün ərzində etibarlı olmalıdır.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) sərnişinlərə müraciətində bildirilir.
"AZAL-ın xüsusi reysləri ilə Türkiyənin İstanbul şəhərinə səyahət edərkən, pasportunuzun müddətini bir daha yoxlamağı tövsiyə edirik", - deyə qurum bəyan edib.