Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

 

Bizimaz.az BAKU.WS-ə istinadən  xəbər verir ki, bu barədə Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, aksiya koronavirus pandemiyasının dünyada sürətlə yatıldığı vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədi ilə gerçəkləşib.

Gənclər və İdman naziri Azad Rəhimov və Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə bərabər, KATV və İdman Jurnalistləri Federasiyasının (İJF) da nümayəndələri qatılıb.

Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda gerçəkləşən aksiyada ümumilikdə 150-dən çox insan iştirak edib.

 
BAKU.WS
QALEREYA