Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncədə tibbi maska istehsalına başlanılıb.

 

Bizimaz.az bildirir ki, BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, İstehsal “Sahibkar Qadınlar” İctimai Birliyinin müəssisəsində həyata keçiriləcək.

Xammal biçilərək dərzilərə paylanır, onlar isə öz növbələrində tibbi maskaları istifadəyə hazır vəziyyətə gətirirlər.

Tam steril şəraitdə hazırlanan tibbi maskalar xidmət sahələrində çalışan şəxslərə, o cümlədən Gəncə Uşaq Evi və Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin əməkdaşlarına təmənnasız paylanılacaq.