Xəbər lenti



Azərbaycanda ötən gün koronavirusa yoluxanların sayı 40, sağalanların sayı isə 50 nəfər olub.

 

Bizimaz.az  xəbər verir ki, son bir neçə gündə ölkə ərazisində COVID-19-a yoluxma sayı azalmağa doğru gedir.

Əgər yoluxma sayı aprelin 20-nə kimi azalmağa doğru gedərsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi? Bu suala cavab tapmaq üçün Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Rəşad Mahmudovla əlaqə saxladıq.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, son günlərdə sağalanların sayı ilə yoluxanların sayı arasındakı nisbətin müsbət mənada dəyişməsi bizdə bu pandemiyaya qarşı artıq nikbin fikrin formalaşması üçün fürsət yaradır: "Amma dünya təcrübəsində və ölkələrin nümunəsindən göründüyü kimi, virusun ikinci hücumları və ya ikinci piklər olmaqdadır. Bunu nəzərə alaraq biz çox ehtiyatlı davranmalıyıq. Bu gün nisbi uğur qazanmağımızın səbəbi Operativ Qərargahın vermiş olduğu qərarlara qeyri-şərtsiz şəkildə ölkə əhalisi çoxunun müsbət mənada reaksiya verməsi idi.

Aprelin 20-dən sonra karantin rejiminə eyni şəkildə davam edilməsi, karantin rejimində hansısa yüngülləşmələrin olması və ya tamamilə ləğv olunması kimi məsələlər ancaq Operativ Qərargah tərəfindən bütün aspektlərdə müzakirələr aparıldıqdan sonra verilə bilər. Bu qərara görə addım atmağımız daha doğru olar.

Mən bir daha bu müsbət gedişata görə cəmiyyətin hər bir üzvü, eləcə də Operativ Qərargah və səhiyyə işçilərini, bu yolda əziyyət çəkən bütün qurumların əməkdaşlarını təbrik etmək istəyirəm. Amma yenə bildirmək istəyirəm ki, məsələ hələ bitmiş deyil. Bu virusun ikinci pik həddinə nə vaxt keçəcəyi haqqında konkret əlimizdə məlumat olmadığına görə ehtiyatlı davranmaq məcburiyyətindəyik. Bütün analizləri apardıqdan sonra Operativ Qərargahın verəcəyi qaydalar əsasında aprelin 20-dən sonrakı addımlarımızı müəyyənləşdirəcəyik".

istinad

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov