Bu ilin ilk üç ayı ərzində Azərbaycanda nikah və boşanma hallarının sayı məlum olub.
Bizimaz.az xəbər verir ki, Ədliyyə Nazirliyindən bildirilib ki, 2020-ci ilin yanvar ayında qeydiyyat orqanlarında 4 353, fevral ayında 4 027, mart ayında isə 3 931 nikah dövlət qeydiyyatına alınıb.
Həmçinin 2020-ci ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında 1 493, mart ayında isə 980 nikahın pozulması dövlət qeydiyyatına alınıb.
istinad