Maska quru olmalıdır, əks halda infeksiya mənbəyi olma riski var.
Lenta.ru-nun məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç tibbi maskalardan düzgün istifadə edilməməsinin təhlükələrini izah edərkən bildirib.
Onun sözlərinə görə, koronavirusun qarşısını almaq üçün digər tədbirlərə məhəl qoymadan yalnız maskalardan istifadə yoluxma riskini artırır.
“Maska özlüyündə zərərli deyil. Ancaq insanların onu taxarkən davranışlarını dəyişməsi zərərlidir”, - deyə Vuynoviç xatırladıb.
ÜST nümayəndəsi sağlam insanın maska taxması məsələsinə də toxunub.
“Sağlam insan xəstə ilə eyni otaqda və ya izdihamdadırsa, onda maska lazımdır. Bununla belə, fiziki məsafə maskadan daha çox qoruyur”, - deyə o vurğulayıb.