Naxçıvanda 71 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, 1 nəfər sağalaraq evə buraxılıb, 1 nəfər isə vəfat etmişdir.
Virus aşkarlanan digər 69 nəfərin müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur.
istinad