Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində koronavirusa yoluxma faktı qeydə alınmayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, müəssisədə çalışan işçilərin kənar mühitlə təmasları məhdudlaşdırılıb və uzunmüddətli növbəli sistem qurulub:
“Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi koronavirusla mübarizə tədbirləri çərçivəsində maskalar, eləcə də dezinfeksiyaedici və digər qoruyucu vasitələrlə təmin edilib. Bundan başqa, müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir”.