Bu gündən ilk araşdırmadan keçən işsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlamağı planlaşdırırıq.
Bizimaz.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-yə müsahibəsində deyib.
"Sayın kifayət qədər çox olduğunu nəzərə alaraq bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq. Artıq 30 min insanın məlumatı emal olunub və onlarla bağlı qərar qəbul edilib. Ödəniş qrafikini də tənzimləməyə çalışırıq”, - o bildirib.
S.Babayev qeyd edib ki, bu gün 800, 1000, 5000 manat məvacib alanlara xüsusi dəstək verilməli deyil:
“Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır. Ölkədə müəllimin orta əməkhaqqı 500 manatın üzərindədır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.