Uşaqların qəbul etdiyi informasiyanı məhdudlaşdırmaq lazımdır.
TASS-ın məlumatına görə, bu barədə Rusiya FHN-in mütəxəssisləri bəyan ediblər.
Onların sözlərinə görə, valideynlər koronavirus epidemiyası ilə bağlı narahatlıqlarını büruzə verməməlidirlər. Bununla belə, uşağa vəziyyət başa salınmalı və təhlükəsizlikdə olduğu vurğulanmalı, bütün sualları anlaşıqlı şəkildə cavablandırılmalıdır.
“Əsas odur ki, təmkininizi qoruyun və baş verənlərə adekvat münasibət göstərin”, - deyə mütəxəssislər bildiriblər.
Bundan başqa, uşağa gündəlik iş rejimini tərtib etməyə, təhsil və sevimli fəaliyyətlərinin vaxtını müəyyənləşdirməyə kömək göstərilməlidir.