Neftin dəyərinin 10 dollara qədər ucuzlaşması mümkün deyil.
Bizimaz.az xəbər verir ki, bunu “Krokus” şirkətinin sahibi Araz Ağalarov “Komsomolskiy Pravda”ya açıqlamasında dyeib.
“Neftin qiyməti hər zaman qızıl ətrafında dönür. Çox uzun illər əvvəl neftin qiyməti 1 dollar olanda qızılın da qramı 1 dollara idi. Ona görə də aydındır ki, hazırda neftin orta illik qiyməti qızılın qramının dəyəri ətrafında dönəcək. Ərəb ölkələrini götürək. Dollarlar, dinarlar onlar üçün şərtidir. Onların bütün zənginliyi qızılda saxlanılır.
Qızılın qramı 50 dollar ətrafında dövrə vurur. Ona görə də neftin orta illik qiyməti də 50 dollar olmalıdır”. – deyə o bildirib.
Ağalarov həmçinin neftin heç vaxt əvvəlki kimi yüksək qiymətlərə qayıtmayacağını, bunun alternativ enerji ilə bağlı olduğunu söyləyib.
istinad