“Apardığımız araşdırmalara görə, hazırda Azərbaycanda əhali arasında gün ərzində 200-250 min maskaya ehtiyac yaranır”.
Bizimaz.az -ın məlumatına görə, bunu “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi Səkinə Babayeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə tələbata uyğun olaraq istehsalat qurulub:
“Müəssisə koronavirus pandemiyasından sonra da fəaliyyət göstərəcək. Gələcəkdə ehtiyac olarsa, maska istehsalı üçün yeni xətlərin qurulmasına qərar verilə bilər”.
istinad